“Yuventus”un futbolçusu Blez Matuidi açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, koronavirusa yoluxmasından danışıb:
“Koronavirusun yayılma sürətini və nə qədər təhlükəli olduğunu anlamadım. Minlərlə insan bir neçə gün ərzində koronavirusa tutulub. Bu xəstəlikdən ailəmizi, yaxınlarımızı qorumalıyıq. Hamının qaydalara riayət etməsi vacibdir”.
Son xəbərlər
Son Xəbərlər