MDB Hökumət Başçıları Şurası bu tarixə təxirə salındı

mdb-hokumet-bascilari-surasi-bu-tarixe-texire-salindi
Oxunma sayı: 1178

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurası Rusiyanın təklifi ilə iyunun 8-nə keçirilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Baş katibi Sergey Lebedev bildirib.

“Əvvəlcə 7 iyun tarixində Soçidə planlaşdırılan Hökumət Başçıları Şurası Rusiya tərəfinin təklifi ilə 8 iyuna təxirə salındı”, - o deyib.

Daha əvvəl Lebedev Soçidə MDB Hökumət Başçılarının görüşündə təxminən 15 məsələnin müzakirə olunacağını bildirmişdi.