“Mədəniyyət milli kimliyi özündə əks etdirən əsas keyfiyyətlərdən biridir”

medeniyyet-milli-kimliyi-ozunde-eks-etdiren-esas-keyfiyyetlerden-biridir
Oxunma sayı: 1483

“Mədəniyyət milli kimliyi özündə əks etdirən əsas keyfiyyətlərdən biridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən Musiqi forumunda deyib.

O bildirib ki, musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib:

“Bu mənada ulu Öndər Heydər Əliyevin də musiqi sahəsinə qayğısını qeyd etməliyik. Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial həyatının yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır. Biz də Mədəniyyət Nazirliyi olaraq, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdəyik”.