Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı paylaşım - Foto

mehriban-eliyevadan-aprel-doyusleri-ile-bagli-paylasim
Oxunma sayı: 1607

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:

"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"