Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi - Fotolar

mehriban-eliyevaya-fexri-qara-kemer-teqdim-edildi
Oxunma sayı: 8973

Xəbər verdiyimiz kimi, bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.

Çunqvon Çu Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.