Meksikada baş verən yanğında ölənlərin sayı artdı

meksikada-bas-veren-yanginda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1681

Meksikada ABŞ sərhədinə yaxın immiqrasiya mərkəzində baş verən yanğında 39 nəfərin öldüyü bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında yanğına “deportasiya gözləyən qaçqınlar”ın səbəb olduğunu deyib:

“Etiraz olaraq sığınacağın qapısına döşəklər qoyub yandırdılar və bunun dəhşətli faciəyə səbəb olacağını düşünmürdülər. Düşünürük ki, deportasiya olunacaqlarını öyrəndikləri üçün bunu ediblər”.

Qeyd edək ki, Meksika COVID-19 epidemiyası zamanı ABŞ-nin təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudiyyətləri artırıb və buna görə də sərhədə yaxın obyektlərdə saxlanılan sığınacaq axtaranların sayı xeyli artıb.