Meksikanın səfiri Lənkəranda

meksikanin-sefiri-lenkeranda
Oxunma sayı: 681

Meksikanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Lənkərana tanışlıq səfərinə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində səfir Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı İcra başçısı səfirə Lənkəran rayonunun tarixi mədəniyyəti, coğrafi mövqeyi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Səfir Meksika-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razı qaldığını və bu əlaqələrin daha da möhkəmlənməsi arzusunda olduğunu diqqətə çatdırıb. 

Sonra səfir Lənkəran Dövlət Universitetində olub Rektor Natiq İbrahimovla görüşərək təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını müzakirə edib. 

Həmin gün səfir Bakı şəhərinə yola düşüb.