Məktəbdə şagirdə əxlaqsız hərəkətlər edən şəxs həbs edildi

mektebde-sagirde-exlaqsiz-hereketler-eden-sexs-hebs-edildi
Oxunma sayı: 8342

Bakıda məktəbli qıza cinsi xarakterli qısnama hərəkətləri etmiş şəxs həbs edilib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nərimanov rayonunda yerləşən məktəblərin birində 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkətlər etmiş, əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Sahil Həsənova Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.

Həmçinin oxuyun: Слухи вокруг Toyota Prius - Какова реальная причина?

Həmçinin oxuyun: Bakıda 146 minlik qızıl külçə dələduzluğu

Qeyd edək ki, məktəb hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xatırladaq ki, baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qız dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman S.Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.

Nizam Rza