Məktəbdə səsvermə siçana görə dayandırıldı - Video

mektebde-sesverme-sicana-gore-dayandirildi
Oxunma sayı: 2961

Hatayın İskəndərun rayonunda səsvermə zamanı sinif otağında peyda olan siçan seçiciləri və rəsmiləri təşvişə salıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə Fatih Sultan Mehmet İmam Hatip Liseyində seçicilər qorxulu anlar yaşayıb.

Belə ki, səsvermənin aparıldığı sinif otağında görünən siçan hər kəsi təşvişə salıb. Otaqda olan vətəndaşların bəziləri siçandan qorxaraq partaların üzərinə çıxarkən, digərləri siçanı zərərsizləşdirmək üçün hərəkətə keçib.

Həmçinin oxuyun: В Турции завершился второй тур на выборах президента - Обновлено

Siçana görə səsvermə bir müddət dayandırılıb. Siçan zərərsizləşdirildikdən sonra isə səsvermə presesi davam edib.

Həmin görüntüləri təqdim edirik: