Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb?

Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb?
Oxunma sayı: 4180

Abşeron rayonu, Masazır qəsəbəsində 8-ci sinif şagirdi M.Şirinovun döyülməsi ilə bağlı araşdırma başlayıb. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, artıq övladının sinif yoldaşının atası tərəfindən döyüldüyünü deyən valideynlə qarşı tərəfin izahatları alınıb: “Məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır. Tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”.

Həmçinin oxuyun: Арестован активист Бахтияр Гаджиев

Xatırladaq ki, məktəblinin valideyni oğlunun dünən təhsil aldığı orta məktəbdən qayıdarkən hücuma məruz qaldığını deyir: “Oğlum M.Şirinov evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər. Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər onun sinif yoldaşının atası və digər şəxslər olub. Səbəb də uşaqların məktəbdəki mübahisəsi olub”.