Melitopolun qaçırılan meri sərbəst buraxıldı, Zelenski ilə danışdı - Video

melitopolun-qacirilan-meri-serbest-buraxildi-zelenski-ile-danisdi
Oxunma sayı: 3918

Bir müddət əvvəl Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko Teleqram kanalında yazıb. 

“Melitopol meri İvan Fedorov artıq təhlükəsizlikdədir”, - Timoşenko bildirib.

O, Fedorovun əsirlikdən azad edilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını qeyd edib.

“Vanya sağ-salamatdır və Prezident Volodimir Zelenski ilə telefonla danışıb. Çox yaxında İvan Ukraynanın Melitopol şəhərinin meri vəzifəsinə qayıdacaq”, - Timoşenko bildirib.