“Mən onu dayandıra bilərəm” - Tramp

men-onu-dayandira-bilerem
Oxunma sayı: 5517

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarını rasional adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu sözləri “Outkick” portalının jurnalisti Kley Trevislə söhbətində deyib.

“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm”, - Amerika lideri söz verib.

“Çox rasional müzakirələr apardıq və mən sadəcə insanların öldürülməsini dayandırmasını istəyirəm”, - o qeyd edib.