Mənsur Şərif evləndi - Fotolar + Video

mensur-serif-evlendi
Oxunma sayı: 19091

Sosial şəbəkə fenomeni, aktyor Mənsur Şərif ailə qurub. “Qafqazinfo” xəbər verir ki,  onun toyu ötən gün Bakının tanınmış restoranlarından birində baş tutub.

Məclisdə bloqqerlər, şou-biznes üzvləri, aktyorlar da iştirak edib. Mərasimdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Mənsur ötən ilin noyabrında nişanlanmışdı. O, xoş gününün mətbuatda yayılmasından narahat olaraq instaqramda paylaşım etmişdi:

“Mənim haqqımda pis heç nə yazmırlar. Amma mənim təbiətim belədir: xoşlamıram ki, şəxsi həyatım barədə məlumat  yazsınlar. Allah olmayanlara, subaylara qismət eləsin”.