Məşhur aktyor öz adaşı ilə evləndi - Fotolar

meshur-aktyor-oz-adasi-ile-evlendi
Oxunma sayı: 6091

Məşhur “Alatoran” filminin ulduzu 30 yaşlı Teylor Lotner öz adaşı Teylor Doum ilə ailə həyatı qurub.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, cütlüyün toy mərasimi Kaliforniyada baş tutub.

Məlumata görə, cütlük toy mərasimini nişanlandıqları tarixdən 1 il sonra təşkil ediblər. 

Toya cütlüyün 100 ən yaxın dostu dəvət olunub. 

Maraqlıdır ki, 24 yaşlı tibb bacısı olan Teylor Doum həyat yoldaşının soyadını götürərsə onunla tam adaş olacaq.