Məşhur aktyorun son halı kədərləndirdi - Foto

meshur-aktyorun-son-hali-kederlendirdi
Oxunma sayı: 921

Qaraciyər çatışmazlığı müalicəsi alan məşhur türkiyəli aktyor Ufuk Özkanın son görüntüsü sosial şəbəkələrdə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, “Geniş Aile” serialındakı “Cevahir” obrazı ilə tanınan aktyor restoranda yemək yeyərkən görüntülənib.

Fotolarda aktyorun yorğun görkəmi diqqət çəkib. Sosial media istifadəçiləri Özkan üçün “O əvvəlki şən halın yenidən qayıtsın”, “Allah şəfa versin” kimi rəylər yazıblar.

Xatırladaq ki, bir neçə ay öncə aktyor evində halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Bir müddət reanimasiyada qaldıqdan sonra evə buraxılmışdı.

Qeyd edək ki, Ufuk Özkan daha çox “Geniş Aile”, “Zengin Kız Fakir Oğlan” kimi məşhur serialların aktyoru, “Ben Bilmem Eşim Bilir” kimi tanınmış televizya proqramının aparıcısı olaraq tanınır.