Məşhur arabesk müğənnisinə qan xərçəngi diaqnozu qoyuldu - Fotolar

meshur-arabesk-mugennisine-qan-xercengi-diaqnozu-qoyuldu
Oxunma sayı: 342

Şimali Makedoniya əsilli müğənni “Cansever”ə (Dzansever Dalipova) qan xərçəngi – leykemiya diaqnozu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, Almaniyada yaşayan sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, müalicəyə başladığını və bir müddətlik səhnə fəaliyyətini dayandırdığını açıqlayıb.

“Cansever” bildirib ki, çoxsaylı zənglərə və mesajlara cavab verə bilmədiyi üçün özü rəsmi açıqlama vermək qərarına gəlib:

“Eşitdiyiniz kimi, mənə leykemiya diaqnozu qoyulub. Bu səbəbdən bu paylaşımı edirəm. Çünki çox adam zəng edir, yazır. Hər kəsə cavab verə bilmirəm. Amma hər şey yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Kimyaterapiyaya başlayıram. Allahın adı və dualarınızla, inşallah hər şey yaxşı olacaq. Sizi sevirəm, dualarınızı gözləyirəm”.