ABŞ-nin texnologiya şirkəti “Meta” sahibi olduğu feysbuk sosial platformasında İsrail-Fələstin münaqişəsi ilə bağlı zərərli məzmunun yayılması ilə əlaqədar müvəqqəti məhdudlaşdırıcı tədbirlər görəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Meta”nın saytında açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, münaqişə zonasında paylaşılan postlara şərh yazılması məhdudlaşdırıla və yalnız dostlar və ya izləyicilər üçün açıq ola bilər.
Meta bildirib ki, bu, yazılardakı təhqiredici şərhlərin görünməsini azaltmaq məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər