Metronun bayram cədvəli açıqlandı

metronun-bayram-cedveli-aciqlandi
Oxunma sayı: 1424

Bayram günləri Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, 30 dekabr 2023-cü il şənbə və 2024-cü ilin 7 yanvar tarixi bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinin iş günlərinə uyğun tənzimlənəcək.

“28 May-Həzi Aslanov” sahəsində gur saatlarda qatarlar arasında 2 dəqiqəlik interval olacaq. Metropolitendə gur saatlar səhər saat 07:00-dan 10:00-a, axşam saatlarında isə 17:30-dan 19:30-a qədərdir.

Dekabrın 31-i və 2024-cü il yanvarın 1-i “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2.5 dəqiqəlik intervalla nizamlanacaq. Lakin şəhər mərkəzinə bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlər nəzərə alınaraq, ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmin məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

2024-cü il yanvarın 2-dən 6-na qədər “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək.

“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, 30 dekabr-7 yanvar iş günləri, 31 dekabr-1 yanvar şənbə günləri və 2-6 yanvar tarixlərində bazar günlərinin hərəkət cədvəlindən istifadə etsinlər.