Metronun yeni tikilən stansiyasından - Fotolar

metronun-yeni-tikilen-stansiyasindan
Oxunma sayı: 6505

Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Rəsmi məlumata görə, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək buradan mümkün olacaq.

Rəsmi məlumata görə, hazırda inşaat işləri platforma səviyyəsində gedir.

Hazırda tikintisi davam edən stansiyadan fotoları təqdim edirik: