“Microsoft” “Office” proqramlarında süni intellektdən istifadə edəcək

microsoft-office-proqramlarinda-suni-intellektden-istifade-edecek
Oxunma sayı: 1491

ABŞ-nin texnologiya şirkətlərindən olan “Microsoft”, “Word”, “Excel” və “Outlook” daxil olmaqla Office proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Copilot” adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, “Word”də hekayələr hazırlamaq və “PowerPoint”də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.

“Microsoft 365”in baş meneceri Colette Stallbaumer yeni funksiyaların hazırda yalnız 20 korporativ müştəri üçün əlçatan olduğunu və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcəyini bildirib.