“Qafqazinfo”nun ans-ə istinadən xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, təhsilin informasiyalaşdırılması elektron dərsliklərin istifadəsi üçün geniş yol açır. Əgər elektron dərsliklərin pilot versiyası uğurlu alınsa, bu sistem növbəti illərdə bütün orta məktəblərə tətbiq ediləcək.
Təhsil Nazirliyinin hazırladığı bu elektron dərsliklərin yaradılması hələ Təhsil Strategiyasının qəbulu zamanı nəzərdə tutulmuşdu. Təhsilin informasiyalaşdırılması zərurətindən yaradılan elektron dərsliklər öyrətmə prosesinin fərdiləşdirilməsinə hesablanıb. Bununla yanaşı böyük həcmdə təlim materiallarını əhatə edən elektron dərsliklər ənənəvi öyrənmə formalarını zənginləşdirir.