Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

mikayil-cabbarova-yeni-muavin-teyin-edildi
Oxunma sayı: 17223

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə Sərəncam imzalayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.

O, 1975-ci ildə anadan olub. 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, 2 övladı var.