Millət vəkili “Azəriqaz”ın rəhbərliyinə təşəkkür etdi - Fotolar

millet-vekili-azeriqazin-rehberliyine-tesekkur-etdi
Oxunma sayı: 288

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbinə qaz xəttinin çəkilməsi münasibətilə “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Qaynaq kənd orta ümumtəhsil məktəbinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Anar Məmmədov məktəbin qaz probleminin həlli istiqamətində müvafiq quruma müraciət edib və problem qısa müddətdə öz həllini tapıb.