Millət vəkilinə yollardan şikayət edildi

millet-vekiline-yollardan-sikayet-edildi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, sakinlərin əsas şikayəti yolların vəziyyəti barədə olub. Belə ki, 20-ci sahə Gülbala Əliyev küçəsinin sakinləri uzun müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən Səbail rayonu ərazisindəki yolların təmir məqsədilə qazılması, lakin bu vaxta qədər iş görülməməsindən şikayətləniblər.

Sakinlər deyib ki, bununla bağlı dəfələrlə Səbail rayon və Bakı şəhər İcra Hakimiyyətlərinə müraciət etsələr də, onlara heç bir cavab verən olmayıb. Bütün müraciətlərinin cavabsız qaldığını görən sakinlər sonda problemlərinin həlli yolunda kömək göstərilməsi üçün millət vəkili Fuad Muradova müraciət ediblər. Sakinlərin şikayətlərini bir-bir dinləyən millət vəkili mövcud problemin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib. Millət vəkili qeyd edib ki, sözügedən ərazidəki yolların tezliklə təmir olunması üçün onlara qanunvericiliyin tələblərinə uyğun şəkildə lazım olan köməklik göstərəcək.

Görüşdə sakinlərin yol problemi ilə yanaşı bir sıra digər məsələləri də millət vəkilinin diqqətinə çatdırıblar.