Milli qəhrəmanların imtiyazları ilə bağlı qanun qəbul olunacaq

milli-qehremanlarin-imtiyazlari-ile-bagli-qanun-qebul-olunacaq
Oxunma sayı: 2612

Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlanacaq.

"Qafqazinfo" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanması öhdəliyini götürüb.