Millimiz ən böyükhesablı qələbəsini qazandı - Video+Yenilənib

millimiz-en-boyukhesabli-qelebesini-qazandi
Oxunma sayı: 8268

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series – 2026

27 mart 19:00.

Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili

***

Komandaların start heyəti açıqlanıb.

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.

Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 9. Devon Priks, 7. Keqan Kaull, 6. Melvin Doksilli, 5. Daniel Lionel, 19 Antonius Mayers, 4. Batçer, 21. Şakuan Nelson, 10. Şevon Broyn, 13. Bayan Aman, 11. Arkell Cud-Boyd, 9. Donavan Fillip.

Baş məşqçi: Stern Con

***

Matç başladı.

***

Oyunun 2-ci dəqiqəsində Emin Mahmudov penaltidən fərqlənərəq, komandamızı önə keçirir.

***

Rəhim Sadıxov 21-ci dəqiqədə hesabı 2:0 edir.

***

Musa Qurbanlı 37-ci dəqiqədə fərqi 3 topa çatdırır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

52-ci dəqiqədə Donavan Fillip penaltidən komandasının ilk qolunu vurur.

***

Toral Bayramov 64-cü dəqiqədə komandamızın dördüncü qolunu vurur.

***

Vüsal İgəndərli 86-cı dəqiqədə hesabı 5:1 edir.

***

Rüstəm Əhmədzadə 89-cu dəqiqədə fərqi 5-ə qaldırır.

***

Matç başa çatdı. Millimiz 6:1 hesablı qələbə qazandı.