Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

millimiz-fifa-reytinqinde-5-pille-ireliledi
Oxunma sayı: 954

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 “Qafqazinfo” xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.
 
Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb. İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.
 
Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.