Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

millimiz-milletler-liqasinda-mubarizeye-baslayir
Oxunma sayı: 367

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litvanın qonağı olacaq.

“Dariaus ir Gireno” stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Litva da Azərbaycan millisi kimi ötən mövsüm C Liqasında çıxış edib və qrupda sonuncu olaraq D Liqasına düşüb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxacaqsa, bu, Litvanın 2-ci matçı olacaq. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.

Son açıqlanan FİFA reytinqində Azərbaycan 126-cı, Litva isə 149-cu pillədə qərarlaşıb.

Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.

27 sentyabr UEFA Millətlər Liqası D Liqası, 2-ci Qrup, 2-ci tur

17:00. Litva – Azərbaycan

Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)

“Dariaus ir Gireno” stadionu (Kaunas)