Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edib. “Dalğa Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 2:0.
19:00. Azərbaycan - Farer adaları - 1:0
Qol: Nigar Mirzəliyeva, 68
Xallar: Azərbaycan - 16, Monteneqro - 11, Kipr - 7, Farer adaları - 0.
Beləliklə, Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub.