Milyonçunun sevgilisinin özünü döydüyü anın - Videosu

milyoncunun-sevgilisinin-ozunu-doyduyu-anin
Oxunma sayı: 9310

ABŞ-dan olan 45 yaşlı milyonçu Skott Mitsellə 29 yaşlı sevgilisi Meri Hant arasında qəribə hadisə baş verib.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, toylarına hazırlaşan cütlük arasında dava düşüb və onlar ayrılmaq qərarına gəliblər. Sevgilisinə əsəbiləşən və ondan intiqam almaq istəyən gənc qız Skottun onu döydüyünü (S. Mitsellə məxsus evdə) iddia edib.

S. Mitselin öz evində quraşdırdığı kameralara Merinin özünü döydüyü anın görüntüləri əks olunub. O, bu görüntüləri dəlil kimi məhkəməyə təqdim edib. Videodan aydın olub ki, Hant özünü döyməklə yanaşı Mitseli də təhqir edib.

Milyonçuya daha sonra məlum olub ki, Meri onun evindəki seyfdən 2 milyon dollar dəyərində qızılları oğurlayıb. Daha sonra Merinin atası sərxoş halda Skotta zəng edərək qızının qızıllların bir hissəsinin ona verdiyini deyib. O isə səs yazısını qeyd edərək sübut kimi məhkəməyə təqdim edib.

Hazırda M. Hant axtarışdadır.