Mingeçevir İES-də yenidən qəza meydana gəlib

mingecevir-ies-de-yeniden-qeza-meydana-gelib
Oxunma sayı: 7964

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində yenidən problemlər yaranıb. Artıq bunun səbəbi bəllidir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa işləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

 Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.