Minskdə etirazlarda ölənlərin xatirəsinə 1 dəqiqəlik sükut - Fotolar + Video

minskde-etirazlarda-olenlerin-xatiresine-1-deqiqelik-sukut
Oxunma sayı: 3775

Belarusda avqustun 9-da - prezident seçkiləri günündə başlayan etiraz aksiyaları davam edir.  

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu gün paytaxt Minskin Müstəqillik meydanına toplaşanlar etiraz aksiyaları zamanı həlak olanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan ediblər.

Bir dəqiqəlik sükutdan sonra mitinqçilər hökumət əleyhinə şüarlar səsləndirməyə davam ediblər.

Güc strukturları toplaşanlara mane olmur.

***

Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınıb. Bundan sonra etirazçılar daha əvvəl toplaşdıqları əraziyə - "Minsk - qəhrəman şəhər" abidəsi tərəfə yollanıb.