Minskdə qalan azərbaycanlılar Prezidentə təşəkkür etdilər - Video

minskde-qalan-azerbaycanlilar-prezidente-tesekkur-etdiler
Oxunma sayı: 2276

Müalicə və bir sıra başqa səbəblərlə xaricə gedən və hazırda  Belarusun paytaxtı Minsk şəhərində olan, koronavirus pandemiyası səbəbilə Azərbaycana qayıda bilməyən bir qrup soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, onlar otelə yerləşdirilib və hər birinin gündəlik məişət problemləri həll edilib.

Nazim Məmmədov və Sadıq Piriyev Diaspor TV-nin studiyasına qoşularaq Azərbaycan vətəndaşlarının adından Azərbaycan dövlətinə, Prezident İlham Əliyev və ölkəmizin birinci xanımına  minnətdarlıqlarını çatdırıblar.

Onların videoçıxışlarını təqdim edirik: