Mirzoyanın Rusiyaya səfər tarixi açıqlandı

mirzoyanin-rusiyaya-sefer-tarixi-aciqlandi
Oxunma sayı: 1450

“Martın 20-si Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib. 

Onun sözlərinə görə, nazirlər görüş zamanı üçtərəfli razılaşmaların icra edilməsi kimi regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, bir müddət əvvəl A.Mirzoyanın Rusiyaya səfər edəcəyi açıqlanmışdı.