Mirzoyanla Lavrovun telefon danışığının detalları açıqlandı

mirzoyanla-lavrovun-telefon-danisiginin-detallari-aciqlandi
Oxunma sayı: 2034

Xəbər verdiyimiz kimi, dünən Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, Rusiya XİN telefon danışığının təfərrüatını açıqlayıb.

Bildirilir ki, nazirlərin söhbəti zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması əsas müzakirə mövzularından biri olub. 

Tərəflər, həmçinin ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət ətrafında da fikir mübadiləsi aparıblar. 

Xatırladaq ki, Rusiya və Ermənistanın XİN başçıları sonuncu dəfə 2023-cü il noyabrın 30-u ATƏT-in XİN rəhbərləri Şurasının 30-cu sessiyası çərçivəsində görüş keçiriblər.