Misir Hüsnü Mübarəklə vidalaşdı - Fotolar

Misir Hüsnü Mübarəklə vidalaşdı
Oxunma sayı: 1987

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərhum dövlət başçısının dəfn mərasimində Prezident Əbdülfəttah əs-Sisi, Baş Nazir Mustafa Mabduli, nazirlər və Misir parlamentinin deputatları iştirak ediblər.

Dəfn mərasimi Nəsr şəhərinin Tantavi məscidində keçirilib. Sonra Hüsnü Mübarəkin cənazəsi olan tabut hərbi helikopterlə Heliopolisdəki ailə məzarlığına aparılıb və torpağa tapşırılıb.

Qeyd edək ki, 92 yaşında vəfat edən Mübarək 30 il - 1981-ci ildən 2011-ci ilə qədər Misirin Prezidenti olub. Əhalinin kütləvi etirazlarından sonra istefa verib.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi