Moldovada erkən parlament seçkiləri keçirilir

moldovada-erken-parlament-seckileri-kecirilir
Oxunma sayı: 1395

Moldovada növbədənkənar parlament seçkiləri keçirilir.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermə məntəqələri saat 7-dən öz işinə başlayıb. Vətəndaşlar 2 mindən çox məntəqədə səs verə biləcəklər.

Moldova qanunvericiliyinə görə, vətəndaşların üçdə biri səsvermədə iştirak edərsə, seçkilər baş tutmuş sayılacaq.