Moldovada fövqəladə vəziyyət yenidən uzadıldı

moldovada-fovqelade-veziyyet-yeniden-uzadildi
Oxunma sayı: 1031

Moldovada fövqəladə vəziyyət aprelin 5-dən etibarən daha 60 gün uzadılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hakim partiyasının 61 deputatı bu qərarın lehinə səs verib.

Sözügedən təşəbbüs Ukraynadakı müharibənin ölkəyə təsiri ilə əlaqədar Daxili İşlər Nazirliyinin təklifi ilə hökumət tərəfindən irəli sürülüb.

DİN rəhbəri Anna Revenko qeyd edib ki, xarici təhlükələrlə yanaşı, daxili təhlükələr də var.