Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı

moldovanin-sefiri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 1373

Moldovanın səfiri Lilian Darius oktyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, diplomata Moldovada rusdilli KİV-lərə qarşı siyasi motivli təqiblərlə bağlı kəskin etiraz bildirilib.

Qeyd edək ki, sentyabrın 13-də “Sputnik Moldova”nın rəhbəri Vitali Denisovun ölkədən qovulması barədə qərar qəbul olunub.