Monika Belluçinin qızından - Qeyri-adi fotosessiya

monika-bellucinin-qizindan
Oxunma sayı: 3173

Məşhur italiyalı aktrisa Monika Belluçi və fransız aktyor Vensan Kasselin qızları Deva Kassel “Gen V.” nəşri üçün kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, fotoların müəllifi Riçard Berbridcdir.

19 yaşlı aktrisa və model “Dolce & Gabbana”, “Dior”, “Givenchy”, “Jacquemus”, “Maison Margiela”, “MSGM” və digər brendlərin libaslarında görüntülənib.

Deva etiraf edib ki, uşaqlıqdan moda və foto ilə maraqlanırdı, lakin heç vaxt aktrisa olmağı planlaşdırmırdı:

“Uşaqlığımın çox hissəsini aktrisa olmaq istəmirdim. Uşaqlıqda bu haqda mənə çox sual verirdilər və bu məni aktyor karyerası haqda fikrimdən uzaqlaşdırırdı. Lakin zaman ötdükcə kinematoqrafiya ilə və onun qazandıracağı təcrübə ilə daha çox maraqlanmağa başladım”.

Qeyd edək ki, bu il Kasselin kinoda debütü olub. O, “La bella estate” filmində rol alıb, tezliklə isə “Neftlix”də onun iştirakı ilə yeni serial işıq üzü görəcək.