Monteneqronun Prezidenti parlamenti buraxdı

monteneqronun-prezidenti-parlamenti-buraxdi
Oxunma sayı: 1320

Monteneqro Prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb.

“Qafqazinfo” xəbər verir ki, Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.

“Monteneqro Assambleyasının 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir”, - sənəddə deyilir.

Qeyd edək ki, ölkədə qəbul edilmiş qanunvericiliyə uyğun olaraq, məclis buraxıldıqdan sonra ən tez 60 gündən sonra, ən geci 100 gündən sonra seçkilər keçirilməlidir.