Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - Video - Yenilənib

moskvada-azerbaycanli-is-adamlarina-mexsus-bazar-yanir
Oxunma sayı: 7809

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində məşhur “Sadovod” bazarında yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Hazırda yanğının əhatə etdiyi ərazi ilə bağlı məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 9500 mağazanı əhatə edir.

***

Bazarda yanğın zamanı 2 nəfər xəsarət alıb.

Onlara tibbi yardım göstərilib. Yanğının söndürülməsinə 100-dən çox canlı qüvvə və 45 texnika cəlb edilib.