Rusiyada daha 2 nəfər koronavirusdan öldü - Yenilənib

rusiyada-daha-2-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 2257

Rusiyanın paytaxtı Moskva şəhərində son sutka ərzində koronavirusa yoluxanların sayı 536 nəfər artıb. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətinin saytında yazılıb.

Aprelin 5-dək Moskvada ümumilikdə 3 893 yoluxma halı qeydə alınıb.

Martın sonundan şəhərdə özünütəcrid rejimi tətbiq olunur. Vətəndaşlara evdə qalmaq və yalnız zərurət yarandıqda çıxmaq tövsiyə olunub. Hazırda Moskvada restoranlar, ticarət mərkəzləri və fitnes klublar işləmir, eləcə də teatrlar və muzeylər bağlıdır, parklara getmək və kütləvi tədbirlər təşkil etmək qadağan olunub.

Qeyd edək ki, aprelin 5-dək Rusiyanın 78 regionunda 4 731 yoluxma halı qeydə alınıb, 43 pasiyent dünyasını dəyişib. 

**

Rusiyada son sutka ərzində daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bununla da, ölkədə koronavirus qurbanlarının sayı 45-ə çatıb.