Moskvada ölənlər arasında azərbaycanlı var? - Açıqlama

moskvada-olenler-arasinda-azerbaycanli-var
Oxunma sayı: 9734

“Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı nəticəsində ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 82 nəfərin həlak olduğunu, 107 nəfərin yaralandığını açıqlayıb.