Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Hazırda vəziyyəti stabildir.
Bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb. Hazırda M. Süleymanlı reanimasiyadadır və müalicəsi davam etdirilir.
Xəbəri rus dilində oxuyun: Обвиняемому в убийстве ребенка тренеру грозит 20 лет заключения
Qeyd edək ki, M. Süleymanlı 1943-cü ildə anadan olub. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Xalq yazıçısı “Köç”, “Ceviz qurdu”, “Səs” və digər romanları ilə tanınır.
Son xəbərlər
Son Xəbərlər