Müasir standartlara uyğun pediatrik təcili yardım xidməti - Bu xəstəxanada

muasir-standartlara-uygun-pediatrik-tecili-yardim-xidmeti
Oxunma sayı: 957

Uşaqlarda təcili və operativ müdaxilə tələb edən xəstəliklərə peşəkar və ixtisaslaşmış yardım göstərmək məqsədilə "EGE Hospital"da Pediatrik Təcili Tibbi Yardım Xidməti fəaliyyətə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, şöbədə 0-16 yaş uşaqlara 7/24 xidmət göstərilir. 

Burada təcrübəli pediatrlar, təcili yardım həkimləri, uşaq reanimatoloqları, ixtisaslı tibb bacıları fəaliyyət göstərir. Hər bir əməkdaş təcili pediatrik halların idarə olunması üzrə xüsusi hazırlıq keçib. 

Şöbə müasir tibbi avadanlıqlarla təchiz olunub. Zərurət yarandıqda hospitalda fəaliyyət göstərən uşaq cərrahiyyəsi, xüsusi pediatrik monitorlar, reanimasiya avadanlıqları, oksigen sistemləri və təcili müdaxilə üçün sürətli diaqnostika imkanları ilə təmin olunub. 

Bundan başqa hospitalda uşaq cərrahiyyəsi, uşaq reanimasiyası bölümləri ilə operativ əməkdaşlıq təmin olunur. Bu isə əlavə müalicə və stasionar yatışa ehtiyac olduqda uşaqların təhlükəsiz və sürətli şəkildə müalicəyə cəlb edilməsinə imkan yaradır.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 38

Tel: 1117 ; 012 599 1117 ; 050 299 1117