Müdafiə Nazirliyi Ağdamda döyüş xəbərlərini təkzib etdi

mudafie-nazirliyi-agdamda-doyus-xeberlerini-tekzib-etdi
Oxunma sayı: 7367


Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir”.

Qeyd edək ki, bu gün bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb.