“Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır”.
“Qafqazinfo” “Pul pervoqo” teleqram kanalına istinadən xəbər verir ki, bu bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib.
“Mən tam səmimi şəkildə demişəm ki, biz müharibədən yayınmaq üçün ona hazırlaşırıq. Biz heç kimə hücum etmək niyyətində deyilik. Son vaxtlarda Qərbdəki “dostlarımız” mətbuatda belə bir kampaniya başladıblar ki, guya Rusiya Belarus ərazisindən istifadə etməklə və Belarusla birlikdə Baltikyanı ölkələrə və ola bilsin ki, Polşaya hücum edəcək. Onlar həmçinin bizim guya Kalininqrad istiqamətində Suvalki dəhlizini yarmağı planlaşdırdığımızı iddia edirlər”, - Lukaşenko deyib.
Belarus lideri bu iddiaları “tam axmaqlıq” adlandırıb.
Son xəbərlər
Son Xəbərlər