Muharrem İnce namizədliyini geri götürəcək?

muharrem-ince-namizedliyini-geri-goturecek
Oxunma sayı: 3463

Türkiyədə prezident seçkilərində mübarizə aparacaq Məmləkət Partiyasının sədri Muharrem İnce namizədliyini geri götürəcəyi barədə məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, İnce bu barədə ötən gün prezidentliyə namizəd Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə baş tutan görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.

“Namizədliyimi geri götürəcəyim barədə heç nə deməmişəm. Koroğlu kimi döyüşürük. Bütün PKK-çılar, qaçaq FETÖ-çülər, bir sözlə hamı sağdan-soldan bizə atəş açır. Biz də Koroğlu kimi vuruşmağa davam edəcəyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, M. İnce bir müddət öncə Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.

Ölkənin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğan prezident seçkilərində mübarizə aparacaqlar.