Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.
"Qafqazinfo" “APA-Economics”-ə istinadən xəbər verir ki, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.
Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.
M. Əmirov faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.
Son xəbərlər
Son Xəbərlər